Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır
sizinxeber.az xəbər saytı

Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır


Fransa yeni hipersəs raketi hazırlayır. Bu ölkənin nüvə çəkindirmə, yəni müdafiə xarakterli təhlükəsizlik sisteminin gücləndirilməsi məqsədilə hazırlanır.

Bu barədə UNIAN Fransanın müdafiə sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

Sistem potensial rəqibləri hərbi hücumlardan çəkindirməyə hesablanıb. Beləliklə, Fransa hakimiyyəti ölkənin yeni nəsil nüvə çəkindirmə sisteminin bir hissəsi olacaq ASN4G hipersəs raketinin hazırlanmasına rəsmən start verib.

Məlumata görə, Fransa Müdafiə Satınalmaları Agentliyi (DGA) raketin hazırlanması ilə bağlı müqaviləni Avropanın iri raket istehsalçılarından biri olan MBDA şirkətinə həvalə edib. Yeni raket hazırda Fransa ordusunun arsenalında olan ASMPA-R raketlərini əvəz etməlidir.

Qeyd edilir ki, ASN4G (Air-Sol Nucléaire de 4ème Génération) hipersəs sürətində hərəkət edə biləcək və Fransanın hava əsaslı nüvə çəkindirmə qabiliyyətini gücləndirəcək. Raketin 2035-ci ildə silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Yeni silahın Fransanın strateji hava qüvvələri və nüvə dəniz aviasiyası tərəfindən istifadə olunacağı bildirilir. ASN4G raketlərinin modernləşdirilmiş "Rafale F5" qırıcıları ilə inteqrasiya ediləcəyi gözlənilir.

Məlumata əsasən, hipersəs texnologiyası raketin müdafiə sistemlərini daha asan dəf etməsinə imkan verəcək. Fransanın Müdafiə Nazirliyi hesab edir ki, bu xüsusiyyət dəyişən təhlükəsizlik mühitində ölkənin müdafiə strategiyasının etibarlılığını qorumaq üçün vacibdir.

Oxşar xəbərlər

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib
Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək
Fransa Kiprdə qoşun yerləşdirəcək
KİV: Çin Pekində keçiriləcək paradda hipersəs raketlərini təqdim edə bilər
Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər