Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir
sizinxeber.az xəbər saytı

Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir


ABŞ administrasiyasının rəsmiləri İranla sazişin 14 iyunda imzalanacağına əmindirlər.

"Report"un məlumatına görə, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə "ABC News" telekanalına müsahibəsində bildirib.

"Mən əminəm, komanda əmindir. ABŞ Prezidenti Donald Trampı və ya vitse-prezident Cey Di Vensi qabaqlamaq istəmirəm, amma onlar bunu bu gün etmək niyyətindədirlər", - o, sazişin imzalanma perspektivi ilə bağlı suala cavab olaraq bildirib.

Uolts həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana heç bir ilkin vəsait vermək niyyətində deyil.

Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin açılması və sanksiyaların yumşaldılması məsələlərində ABŞ "faktiki ödəniş" prinsipinə riayət edəcək və müvafiq addımları razılaşmaların yerinə yetirilməsi ilə əlaqələndirəcək.

Oxşar xəbərlər

Mayk Uolts: Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək
Uolts: ABŞ Ukrayna ilə danışıqlarda irəliləyir
Heç vaxt görmədiyimiz sarsıdıcı qələbə... - Uolts
Uolts: Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər