Yuri Uşakov: Uitkoff və Kuşner yaxın vaxtlarda Moskvaya səfər edəcəklər
sizinxeber.az xəbər saytı

Yuri Uşakov: Uitkoff və Kuşner yaxın vaxtlarda Moskvaya səfər edəcəklər


Rusiya–Ukrayna münaqişəsinin nizamlanması üzrə amerikalı danışıqlarçılar Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda yenidən Moskvaya səfər edəcəklər.

"Report"un məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının nəticələrinə dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər Ukrayna gündəliyi ilə bağlı davam edən təmaslar çərçivəsində razılaşdırılıb.

"Hazırda İran məsələləri ilə çox sıx məşğul olan ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda yenidən Rusiyaya gəlməsi razılaşdırılıb", - Y.Uşakov qeyd edib.

Oxşar xəbərlər

Uitkoff və Kuşner tezliklə Moskvaya gələcək - Uşakov
Uşakov: ABŞ Prezidentinin xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edə bilər
Trampın nümayəndəsi Uitkoff bu həftə Rusiyaya səfər edəcək
Uşakov: Yaxın günlərdə Putin və Trampın görüşü baş tutacaq
Rəsmi Moskva: Putin və Tramp arasında görüş razılaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər