Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş ilk konsert olub
Xankəndi Mədəniyyət Mərkəzində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan proqramda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.
Oxşar xəbərlər
Prezident Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
Xankəndidə Mədəniyyət mərkəzinin binası bərpa ediləcək
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
