Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib - YENİLƏNİB


Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.

"Sizinxeber.az"un məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan qadınlardan ibarət basketbol millisi Avropa Kubokunun finalına yüksəlib
Azərbaycanın 3x3 basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb
Azərbaycanın 3x3 basketbol millisi yarımfinal oyununa çıxacaq
Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb
Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər