Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə yerləşən Cümə məscidində Qurban bayramı münasibətilə ölkənin müsəlman icması ilə görüşüb və təbrik nitqi ilə çıxış edib.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, Prezident çıxışında ölkədə dini tolerantlığın və müxtəlif icmalar arasında qarşılıqlı hörmətin ölkənin əsas dəyərlərindən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin sosial-mədəni həyatında mühüm rol oynayır.
Dövlət başçısı Qurban bayramının sülh, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri təcəssüm etdirdiyini bildirib və bütün müsəlman icmasını bayram münasibətilə təbrik edib.
Prezident, həmçinin Gürcüstanda dini azadlıqların qorunmasının və bütün vətəndaşların öz dini ayinlərini sərbəst şəkildə icra etməsi üçün lazımi şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
Kavelaşvili Gürcüstan Patriarxı II İliyanın vəfatı zamanı Azərbaycan və Gürcüstan müsəlman icmasının öz milli və dini bayramlarını təxirə salaraq göstərdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə ölkədə dini azadlıqların təmin olunmasından danışıb.
Tədbirdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
