Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə ödənilən vəsait açıqlanıb
sizinxeber.az xəbər saytı

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə ödənilən vəsait açıqlanıb


6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 mln. manat ödənilib.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 37,1 mln. manat vəsait ödənilib.

Oxşar xəbərlər

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
36,4 min şəxsə əlillik təyin olunub
Bu il 29 minə yaxın şəxsə əlillik təyin edilib
Naxçıvanda 1621 şəxsə əlillik təyin olunub
Ötən 7 ayda 32,6 min şəxsə əlillik təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər