Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib
sizinxeber.az xəbər saytı

Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib


Haaqa meri Yan van Zanen 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək qiymətləndirib.

"Sizinxeber.az"un Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən verdiyi məlumata görə, Yan van Zanen bunu Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə təşkil edilən rəsmi qəbulda bəyan edib.

Yan van Zanen Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edərək WUF13-də Niderland nümayəndə heyətinin rəhbəri qismində Bakıya səfərindən təəssüratlarını bölüşüb.

O, forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və Niderlandın forumun işində fəal iştirakını vurğulayıb.

Mer, həmçinin forum çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib və Azərbaycanın inkişafının, Bakının zəngin tarixi-mədəni irsinin və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli potensialının ona dərin təəssürat bağışladığını bəyan edib.

Oxşar xəbərlər

Marian de Yonq: WUF13 forumunda Niderland nümayəndə heyətinə Haaqa meri başçılıq edəcək
Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib
Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər