İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb
İran dövlət televiziyası İran və ABŞ arasında mümkün anlaşma memorandumunun qeyri-rəsmi çərçivə sənədinin mətnini yayıb.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, sənədə əsasən, bir ay ərzində Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunması nəzərdə tutulur.
Sənədə görə, ABŞ İranın dəniz blokadasının aradan qaldırılmasına dair öhdəlik götürüb. Bunun müqabilində İran bir ay ərzində ticarət gəmilərinin keçid sayını müharibədən əvvəlki səviyyəyədə bərpa etməyi öhdəsinə götürüb.
Bu razılaşmanın hərbi gəmilərə şamil edilmədiyi bildirilib.
Məlumata əsasən, gəmilərin idarə olunması və hərəkət marşrutu İran və Omanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. ABŞ isə öz hərbi qüvvələrinin İranın ətraf mühitindən çıxarılacağına dair öhdəlik verib. Sənəddə həmçinin qeyd olunub ki, 60 günlük müddət ərzində yekun razılaşma əldə olunarsa, bu saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.
Qeyd edilib ki, İslamabad çərçivəsi hələ yekunlaşmayıb və İran tərəfindən təsdiq olmadan heç bir addım atılmayacaq.
Oxşar xəbərlər
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
İran, Çin və Rusiya Tehranın nüvə məsələsini müzakirə edir
Pentaqon: İran istiqamətində hərəkət edən heç bir gəmi blokadanı keçə bilməyib
Pezeşkian: Mövcud təhlükəsizlik vəziyyəti aradan qalxdıqdan sonra Hörmüz boğazında hərəkət normal vəziyyətə qayıdacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
