Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları Azərbaycan Niderlanddakı səfirliyinin 28 may Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda təqdim olunub.

"Sizinxeber.az" səfirliyə istinadən xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin və parlamentinin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun, iş və elmi dairələrin, medianın, dini icmaların, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Diplomatik nümayəndəliyin rəhbəri Məmməd Əhmədzadə çıxışında Azərbaycanın regional lider mövqeyini möhkəmləndirdiyini və beynəlxalq arenada artan nüfuza malik orta dövlət kimi yer tutduğunu bəyan edib. O, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını qeyd edib.

Bundan əlavə, səfir Azərbaycan və Niderland arasında siyasi dialoqların inkişafına, görüşlərin və qarşılıqlı səfərlərin sayının artmasına, ticarət-iqtisadi əlaqələrin və humanitar mübadilələrin genişlənməsinə diqqət çəkib.

Əhmədzadə, həmçinin WUF13-ün Bakıda uğurla keçirildiyini vurğulayıb və bu forumda Niderland nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.

Səfir, eyni zamanda, Niderlandda keçirilən tədbirlərdə Azərbaycan bayrağının nümayiş etdirilməsini dostluq münasibətlərinin təzahürü adlandırıb.

Niderland XİN-in Avropa üzrə direktoru Erik Veststrate çıxışında Azərbaycanı Niderlandın mühüm tərəfdaşı adlandırıb.

O, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən köməyə görə Niderland xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Daha sonra WUF13-ə həsr olunmuş videoprezentasiya təqdim olunub.

Oxşar xəbərlər

Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib
Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub
Fariz İsmayılzadə: WUF13-ün Bakıda keçirilməsi böyük diplomatik qələbədir
Xarici diplomatlar üçün WUF13-lə bağlı brifinq keçirilib
Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər