Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında olub.

APA xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.

Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarında çay plantasiyası salınıb. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTOLENT
Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər