Göyçayda zəncirvari avtoqəzada ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB
Göyçayda zəncirvari yol-nəqliyyat qəzasında ölənlərin sayı 2-ə çatıb.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində ölüb.
Yaralılardan H. Salahov isə xəstəxanada ölüb.
1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar.
Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Göyçayda zəncirvari avtoqəza olub, yeniyetmə qız ölüb
Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB
Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi
Göyçayda iki avtomobil toqquşub, ölən var
Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
