Massa Kone: Baha başa gələn inkişaf konsepsiyaları ilə planeti uçuruma aparırıq
sizinxeber.az xəbər saytı

Massa Kone: Baha başa gələn inkişaf konsepsiyaları ilə planeti uçuruma aparırıq


Planet dayanıqlı şəkildə inkişaf etdirilmək əvəzinə kasıbların yaşaya bilmədiyi, qovulmağa məcbur edildiyi və baha başa gələn inkişaf konsepsiyaları ilə uçuruma aparılır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Habitat International Coalition" təşkilatının üzvü Massa Kone WUF13 çərçivəsində təşkil olunan "Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masası"nda deyib.

O bildirib ki, aztəminatlı və gəlirləri yetərli olmayan məhəllələrdə yaşayan icmalar getdikcə inkişafdan kənarda qalırlar:

"Şəhərlər böyüyür, kəndlər şəhər məhəllələrinə çevrilir, lakin bəzi insanların maddi imkanı bu yaşam tərzi ilə uyğun olmur. Əgər şəhərin tikintisi böyük pulları olan nəhəng şirkətlərə verilsə, onlar ancaq beton tikəcəklər, maddi imkanı olmayan, qədim zamanlardan bəri bu torpaqlarda yaşayan sadə icma isə həyatını təsərrüfat fəaliyyəti ilə davam etdirir. Onlar bu prosesdən kənarda qalsa, biz planeti necə dayanıqlı inkişaf etdirə bilərik? Planeti dayanıqlı şəkildə inkişaf etdirmək əvəzinə, biz onu böyük beton binalarla tikinti və kasıbların yaşaya bilmədiyi, qovulmağa məcbur edildiyi çox baha başa gələn digər inkişaf konsepsiyaları ilə uçuruma aparırıq".

Oxşar xəbərlər

Elbay Qasımzadə: İqtisadi imkanları olmayan dövlət şəhərsalma sahəsində böyük uğurlar qazana bilməz
Hindistanın dini rəhbəri bütün dini icmaları birləşərək planeti qorumağa çağırıb
Bu, onlara baha başa gələcək! - Prezidentdən xəbərdarlıq
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
Deputat: Azərbaycanın azad olunmuş ərazilərində tamamilə yeni icmalar formalaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər