UN-Habitat: Ölkələr idarəetmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalıdır
UN-Habitat: Ölkələr idarəetmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalıdır
Şəhərlərin müasir idarəetmə modelləri aqlomerasiyaların bələdiyyələrin inzibati sərhədlərindən kənara real genişlənməsini nəzərə almalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə UN-Habitat-ın "Global Solutions Division" nümayəndəsi Fiona MakKlani WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, iri şəhərlərdə iqlim təhdidlərinin, sosial həssaslığın və mənzil təzyiqinin artması fonunda metropoliten idarəetməsinin müzakirəsi xüsusilə aktual olur.
"Ekoloji risklər, nəqliyyat, mənzil və xidmətlər inzibati sərhədlərdə dayanmır", - o bildirib.
MakKlani vurğulayıb ki, ölkələr idarəetmə, planlaşdırma və maliyyələşdirmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalı, eləcə də metropoliten inkişafı sahəsində beynəlxalq təcrübədən daha fəal istifadə etməlidirlər.
