UN-Habitat rəhbəri: Dünya mənzil sahəsində sistemli transformasiyaya keçməlidir
Dünya mənzil sahəsində məhdud irəliləyiş mərhələsindən çıxaraq sistemli transformasiyaya keçməlidir.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
Onun sözlərinə görə, WUF13 rekord sayda iştirakçını bir araya gətirib. Forumda 176 ölkədən 57 min nəfər iştirak edib, onlardan 3 mindən çoxu tədbirə onlayn qoşulub.
Rossbax bildirib ki, dünya mənzil təminatının gələcəyi baxımından həlledici məqamda dayanır və artıq hərəkətsizliyə yer yoxdur.
“Mənzil sistemləri bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köçkünlük və iqlim böhranının təsirləri səbəbindən ciddi təzyiq altındadır. Mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda uğursuz olur. Nəticədə milyardlarla insan qeyri-adekvat, təhlükəli və əlçatmaz yaşayış şəraiti ilə üzləşir”, – deyə o qeyd edib.
UN-Habitat rəhbəri vurğulayıb ki, mövcud çağırışlara baxmayaraq, vəziyyətin dəyişdirilməsi üçün həm aydın baxış, həm də siyasi iradə formalaşmaqdadır.
Oxşar xəbərlər
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Rossbax: WUF13 şəhər transformasiyası üzrə qlobal əməkdaşlığı daha da gücləndirib
Anaklaudia Rossbax: "Düzgün mənzil siyasəti su ehtiyatlarının qorunmasına töhvə verəcək"
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
