WUF13 Azərbaycanın dünyaya açıq, innovativ və dayanıqlı inkişafı hədəfləyən ölkə olduğunu göstərdi - RƏY
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın dünyaya açıq, innovativ və dayanıqlı inkişafı hədəfləyən ölkə olduğunu göstərdi.
Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, ötən həftə keçirilən WUF13 Azərbaycan üçün mühüm beynəlxalq hadisələrdən biri olub:
"Belə nüfuzlu tədbirə ev sahibliyi etmək ölkəmizin beynəlxalq aləmdə artan rolunu və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi. Forum vasitəsilə Bakı dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal urbanizasiya gündəliyinin əsas müzakirə mərkəzlərindən birinə çevrildi".
Deputat qeyd edib ki, forum Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələrini beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından da böyük əhəmiyyət daşıyıb:
"Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı şəhər" və "yaşıl enerji" konsepsiyaları iştirakçılar tərəfindən maraqla qarşılandı. Bu isə Azərbaycanın müasir və dayanıqlı inkişaf modeli qurmaq istiqamətində atdığı addımların beynəlxalq səviyyədə tanınmasına şərait yaratdı. WUF13 ölkəmizə yalnız siyasi və imic baxımından deyil, həm də iqtisadi və peşəkar sahələrdə mühüm töhfələr verdi. Tədbir çərçivəsində şəhərsalma, nəqliyyat, ekoloji davamlılıq və rəqəmsal idarəetmə sahələrində qabaqcıl dünya təcrübələri ilə tanış olmaq imkanı yarandı. Bu təcrübələr gələcəkdə Azərbaycanın şəhərlərinin daha müasir və rahat yaşayış məkanlarına çevrilməsinə töhfə verə bilər".
V.Qafarov bununla yanaşı, forumun turizm və xidmət sektorunda da canlanma yaratdığını vurğulayıb:
"Xarici qonaqların ölkəmizə səfəri Azərbaycanın mədəniyyətinin, qonaqpərvərliyinin və inkişaf edən infrastrukturunun tanıdılmasına əlavə imkan yaratdı. Eyni zamanda, beynəlxalq investorlar və təşkilatlarla yeni əlaqələrin qurulması baxımından da forum faydalı platforma rolunu oynadı. Konfrans ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və şəhərsalma sahəsində müasir yanaşmaların təşviqinə mühüm töhfə verdi".
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilib. Forumda 176 ölkədən 57 min nəfər olmaqla rekord sayda insan iştirak edib. İştirakçıların 3 mindən çoxu isə foruma onlayn formada qatılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi – qlobal şəhərsalma gündəliyi Bakıda formalaşır - RƏY
WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunmasında təcrübəsinin göstəricisidir - RƏY
Azərbaycan Səudiyyə Ərəbistanının WUF13-də iştirakını yüksək qiymətləndirib
WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
WUF13 Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
