Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafına və iqlim təşəbbüslərinin dəstəklənməsinə yönələcək.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev "Asharq Al-Awsat"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, prioritetlər sırasında, həmçinin elm və innovasiyaların inkişafı, gənclərin imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məsələləri yer alır. Diplomat vurğulayıb ki, bütün bunlar qlobal sabitliyin maraqlarına uyğundur.
Səudiyyə Ərəbistanı ilə ikitərəfli əlaqələrin inkişafından danışan səfir vurğulayıb ki, Azərbaycana gələn səudiyyəli turistlərin sayının artması sayəsində turizm ikitərəfli münasibətlərin getdikcə daha vacib tərkib hissəsinə çevrilir.
"Səudiyyə Ərəbistanına dostluğa, həmrəyliyə və sıx əməkdaşlığa görə səmimi minnətdarlığımı bildirmək istərdim", - Mirzəyev bəyan edib.
O, Krallıqda baş verən dəyişiklikləri yüksək qiymətləndirib və vurğulayıb ki, "Saudi Vision 2030" proqramı çərçivəsində həyata keçirilən iddialı islahatlar və inkişaf təşəbbüsləri dayanıqlı inkişafa, iqtisadiyyatın diversifikasiyasına, regional sabitliyə və rifahın artmasına əhəmiyyətli töhfə verir.
Səfir əlavə edib ki, Azərbaycan Krallığın Azərbaycanın suverenliyinə prinsipial dəstəyini yüksək qiymətləndirir və regionun aparıcı ölkələrindən biri kimi Səudiyyə Ərəbistanı ilə münasibətlərə böyük əhəmiyyət verir.
Mirzəyev, həmçinin Azərbaycanın gələcəyə yönəlmiş baxışını təsdiq edib və azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa və inkişaf işlərinə diqqət çəkib.
Onun sözlərinə görə, bu ərazilərdə şəhər və kəndlər müasir şəhərsalma prinsiplərinə, "ağıllı şəhər" konsepsiyasına, "yaşıl" enerjinin istifadəsinə və dayanıqlı inkişaf standartlarına uyğun olaraq yenidən tikilir.
Oxşar xəbərlər
Mirzəyev: Azərbaycan Mərkəzi Asiya ilə Fars körfəzi arasında həyati əhəmiyyətli halqadır
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Azərbaycan və Səudiyyə Ərəbistanı hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib
Səudiyyə Ərəbistanından 100-ə yaxın iş adamı Azərbaycana səfər edəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
