Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, onlar bəyanatlarında II İliyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürlərini bildiriblər.
M.Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə yaşayan müxtəlif dini icmalar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.
İ.Kobaxidze isə müsəlman icmasına bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi minnətdarlığını ifadə edib:
"Bu qardaş dəstəyi heç vaxt unutmayacağıq. Çətin və sevincli günlərdə birlik nümayiş etdirmək ölkənin birliyinin əsasını təşkil edir. Əsrlər boyu müxtəlif icmalar Gürcüstan tarixini birlikdə formalaşdırıb və bu gün də gələcək nəsillər üçün daha yaxşı gələcək qururlar".
Oxşar xəbərlər
Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Misirli diplomat: İslamdan siyasi maraqlar naminə istifadə müsəlman icmaları üçün ciddi təhdiddir
İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
