Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub
sizinxeber.az xəbər saytı

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub


Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

"Report"un Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən verdiyi məlumata görə, yeni qurum iki ölkənin işçi dairələrinin, beynəlxalq təşkilatların, diplomatik korpusun və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təqdim edilib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Azərbaycan-Niderland Ticarət Palatasının açılışını ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım adlandırıb.

Niderlandın XİN-in Avropa məsələləri üzrə direktoru Erik Veststrate iqtisadiyyatın iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və Niderland şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edib. Onun sözlərinə görə, yeni Azərbaycan-Niderland Ticarət Palatası tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Həmçinin Haaqa meri Yan van Zanen Azərbaycan-Niderland Ticarət Palatasının yaradılmasını iqtisadi əlaqələrin gücləndirilməsində mühüm addım adlandırıb.

Palatanın təsisçiləri "NEQSOL Holding", "Royal Dutch LV Logistics", "Damen Shipyards", "Royal Haskoning", "Signify, Van Oord" və digər iri şirkətlər olub. Şirkətlərin rəhbərliyi də tədbirə qatılıb və çıxış edib.

Palatanın idarə heyətinin sədri Aryan Bos yeni qurumun əsas məqsədinin Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların formalaşdırılması üçün institusional platformanın yaradılması olduğunu bildirib.

Tədbir zamanı həmçinin vurğulanıb ki, təsisçi şirkətlərin əksəriyyəti artıq uzun müddətdir Azərbaycanla birgə layihələrin həyata keçirilməsində iştirak edir və yeni palata iki ölkə arasında iqtisadi qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib
Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Niderlanddakı biznes mərkəzi Azərbaycanın investisiya potensialının təqdimatını keçirəcək
Marian de Yonq: WUF13 forumunda Niderland nümayəndə heyətinə Haaqa meri başçılıq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər