Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat başa çatıb
sizinxeber.az xəbər saytı

Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat başa çatıb


Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub.

APA xəbər verir ki, yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib.

Qeyd edək ki, mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilmiş çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb. Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalara kubok və medallar təqdim olunub.

Oxşar xəbərlər

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə çempionata yekun vurulub
Naxçıvanda polis əməkdaşları arasında döyüş üzrə çempionat keçirilib
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
Polis Akademiyasının kursantları fləşmob keçirib - VİDEO
Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah götürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər