Azərbaycan Qazaxıstana karbamid tədarük etməyə başlayıb
Bu ilin I rübündə Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində 81 min 875 ton karbamid ixrac edib.
"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 49 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 24,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % az) 67 min 335 ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 334 min ABŞ dolları dəyərində (-83 %) 928 ton (-86 %), Yunanıstana 306 min ABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük (22 min ABŞ dolları dəyərində 66 ton) həyata keçirilib.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb
Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb
Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb
Azərbaycan daha 3 ölkədən qızıl almağa başlayıb
Azərbaycan daha bir ölkədən elektromobil tədarük etməyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Oman sahillərində tanker atəşə tutulub
