Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
"Report" xəbər verir ki, təbriklər diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində dərc olunub.
Xorvatiyanın Azərbaycandakı səfirliyi təbrikində Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıb.
Niderlandın Azərbaycandakı səfirliyi də təbrik göndərərək vurğulayıb: "Müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik".
"Qardaş Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik! Qoy bu mübarək bayram xeyirxah əməllərə ilham versin, qarşılıqlı anlaşmanı, razılığı möhkəmləndirsin və doğmalarla, yaxınlarla isti ünsiyyətin sevincini bəxş etsin", - Rusiyanın Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.
Moldovanın Azərbaycandakı səfirliyi də Azərbaycan müsəlmanlarını bayram münasibətilə təbrik edib.
"Qoy bu müqəddəs bayram hər evə sülh, sağlamlıq, rifah və harmoniya gətirsin, həmrəylik, şəfqət və səxavət dəyərləri cəmiyyətdə qarşılıqlı anlaşmaya və birliyə ilham verməyə davam etsin. Moldova səfirliyi müsəlman icmasının ənənələrinə və mədəniyyətinə dərin hörmətini ifadə edir və bayramı qeyd edən hər kəsə yaxınlarının yanında xeyir, könül rahatlığı və rifah arzulayır", - diplomatik missiyanın təbrikində qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan XİN Avstraliyanı milli bayramı münasibətilə təbrik edib
Türkiyə səfirliyi Qurban bayramı münasibətilə təbrik paylaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
