Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib
sizinxeber.az xəbər saytı

Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib


Gürcüstan Miqrasiya Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində 78 xarici vətəndaş ölkədən deportasiya olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurumun məlumatına görə, son günlər ərzində aparılan kompleks tədbirlər çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları digər aidiyyəti qurumlarla birgə əməliyyatlar həyata keçirib.

Nəticədə Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Banqladeş, Belarus, Misir, Yəmən, Hindistan, Kamerun, İndoneziya, Nigeriya, Pakistan, Somali, Çin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 78 nəfər Gürcüstandan çıxarılıb.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Faktla bağlı tədbirlərin davam etdirildiyi qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub
Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edilib 
Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər