Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı deportasiya olunub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır. Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.
Qeyd olunur ki, cari ay ərzində Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 115 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. 2025-ci ilin ilk yeddi ayında isə deportasiya olunan xarici vətəndaşların ümumi sayı 640 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233 faiz artım deməkdir.
Miqrasiya Departamenti Gürcüstan daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas məsul orqandır. Onun səlahiyyətlərinə ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunması daxildir.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Oxşar xəbərlər
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edilib
Aralarında Azərbaycan vətəndaşının da olduğu 28 əcnəbi Gürcüstandan deportasiya edilib
Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
