Maldivdəki mağaraları tədqiq etməyə cəhd edən beş İtaliya vətəndaşı ölüb
sizinxeber.az xəbər saytı

Maldivdəki mağaraları tədqiq etməyə cəhd edən beş İtaliya vətəndaşı ölüb


Maldiv adalarındakı mağaralarda dayvinq zamanı beş İtaliya vətəndaşı həlak olub.

"Sizinxeber.az" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Maldiv adalarının turizm və mülki aviasiya naziri Məhəmməd Amin sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, axtarış işlərinə helikopterlər və qayıqlar cəlb olunub.

İtaliya Xarici İşlər Nazirliyindən bildirilib ki, dayverlər mağaraları tədqiq etməyə cəhd edərkən həlak olublar.

"Maldiv adalarındakı Vaavu atollunda akvalanqla sualtı ekskursiya zamanı baş vermiş hadisə nəticəsində beş İtaliya vətəndaşı həlak olub", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Maldiv Pakistandakı səfirini geri çağırıb
İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb 
Azərbaycan lideri Maldiv Prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər