Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
sizinxeber.az xəbər saytı

Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb


Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.

Sizinxeber.az-nın Moskva bürosunun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında "Sadovod" bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda yaralılardan birinin evə buraxıldığı bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın cənub şərqində yerləşən Neft Emalı Zavodu və onun yaxınlığında yerləşən "Sadovod" ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, "Sadovod" ticarət mərkəzinə isə havada vurulmuş dron parçaları düşüb. Nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib. Mərkəzdə çalışan Azərbaycanlı iş adamlarının milyonlarla rubl dəyərində malı yanıb.

Oxşar xəbərlər

Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub - YENİLƏNİB
Moskvada Ukrayna dronunun hücumundan sonra "Sadovod" bazarı yanır - FOTO - VİDEO
Ukrayna Moskvaya kütləvi PUA hücumu edib, 3 nəfər ölüb, 12 nəfər yaralanıb
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, neft emalı zavodu vurulub
Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər