Vens: İsrail və "Hizbullah" arasında toqquşmalar riski qalmaqdadır
sizinxeber.az xəbər saytı

Vens: İsrail və "Hizbullah" arasında toqquşmalar riski qalmaqdadır


ABŞ-İran razılaşması çərçivəsində əldə olunmuş atəşkəs razılaşmalarına baxmayaraq, Livanda İsrail və "Hizbullah" qruplaşması arasında ayrı-ayrı toqquşmalar riski qalmaqdadır.

"Sizinxeber.az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə regional vəziyyəti şərh edərkən bildirib.

Vens qeyd edib ki, ABŞ hər iki tərəfin razılaşmanın şərtlərinə əməl edəcəyini gözləyir və buna Yaxın Şərqdə sabitliyin təmin edilməsi üzrə daha geniş prosesin bir hissəsi kimi baxır.

"Söhbət regional sülhdən gedir. Biz "Hizbullah"ın İsrailə raket və pilotsuz uçuş aparatları atmayacağına ümid edirik. Lakin biz eyni zamanda İsrailin Livanda məhdudiyyətsiz fəaliyyət göstərməyəcəyini də gözləyirik", - o bildirib.

Vitse-prezident əlavə edib ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesində lokal gərginliklər yarana bilər: "Biz artıq Livanda əhəmiyyətli irəliləyiş görürük - daha az atışma, daha az hücum var, lakin zaman-zaman belə alovlanmalar yaranacaq".

Vens həmçinin bildirib ki, gələcəkdə cənubi Livanda vəziyyətə nəzarət, "Hizbullah"ın daha da güclənməsinin qarşısını almaq və İsrail üçün riskləri azaltmaq məqsədilə Livan dövlət institutlarına keçməlidir.

Oxşar xəbərlər

"Hizbullah" Livanda İsrailin "Hermes 900" PUA-sını vurub
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib
MKİ direktoru: Yaxın həftələrdə İsrail ilə İran arasında eskalasiya riski yüksəkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər