Xamenei: İran danışıqlarda ABŞ-nin mövqeyini qəbul etməyəcək - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xamenei: İran danışıqlarda ABŞ-nin mövqeyini qəbul etməyəcək - YENİLƏNİB


İranın Ali rəhbəri Müctəba Xamenei bildirib ki, ABŞ ilə gələcəkdə baş tutacaq danışıqlarda Ağ Evin mövqeyi qəbul edilməyəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə onun xalqa müraciətində bildirilib.

"Ümid edirik ki, mövlamızın mübarək duaları İran xalqına hər cür qələbə və zəfərlər gətirəcək", - Xamenei yekunlaşdırıb.

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.

"Sizinxeber.az" xəbər verir ki, Xamenei bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər", - o bildirib.

O qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb: "Bu mərhələyə çatmaq yolunda məsul şəxslər çoxlu səy göstəriblər və əlbəttə ki, məhz ABŞ Prezidenti (Donald Tramp) çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarına əl atırdı".

Müraciətdə qeyd olunub ki, Pezeşkian Amerika tərəfinin ifrat tələblər irəli sürməyə cəhd edəcəyi təqdirdə buna boyun əyməyəcəyini bildirib: "Bu andan etibarən, yuxarıda qeyd olunan şərtlərin reallaşmasını gözləyəcəyik".

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

Oxşar xəbərlər

Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
Müctəba Xamenei komadadır - KİV
Xamenei: İran müharibəyə can atmır
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər