Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Astara rayonunda ağır yol qəzası baş verib.
"Sizinxeber.az"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib.
Belə ki, rayonun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü T. Eyvazov hadisə yerində keçinib.
Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.
Oxşar xəbərlər
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var
Lənkəranda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb
Astarada maşın 100 metr hündürlükdən dərəyə aşıb, ölən və xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
