Azərbaycan TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib
sizinxeber.az xəbər saytı

Azərbaycan TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Vergi Administrasiyaları rəhbərlərinin 1-ci görüşündə iştirak edib.

"Sizinxeber.az" bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, tədbirin açılışında çıxış edən TDT Baş katibinin müavini Merey Mukajan bildirib ki, ilk görüş üzv dövlətlərin ortaq baxışının praktik əməkdaşlıq mexanizmlərinə çevrilməsi istiqamətində vacib addımdır. O, modern vergi idarəçiliyində rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının artan rolunu qeyd edib, bu sahədə birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkib. Tədbir çərçivəsində Macarıstan tərəfi Milli Vergi və Gömrük Administrasiyasında süni intellekt həllərinin tətbiqi sahəsində əldə olunan təcrübəni iştirakçılarla bölüşüb.

O.Nəzərli qlobal iqtisadiyyatın sürətlə dəyişən çağırışlarının vergi sistemindən daha çevik və innovativ yanaşma tələb etdiyini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən vergi islahatları və rəqəmsal transformasiya prosesi barədə təqdimat edərək bildirib ki, risk əsaslı vergi inzibatçılığı modelinin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və nağdsız hesablaşmaların təşviqi nəticəsində iqtisadi fəaliyyətin şəffaflığı artıb, könüllü əməletmə səviyyəsi yüksəlib. Xidmət rəisi innovasiyaların uğurlu tətbiqində insan kapitalının həlledici rol oynadığını və vergi ödəyicilərinin etimadının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Görüşün yekununda iştirakçı ölkələrin vergi administrasiyalarının rəhbərləri tərəfindən əməkdaşlığın gələcək inkişaf istiqamətlərini əks etdirən Birgə Kommunike imzalanıb.

Səfər çərçivəsində O.Nəzərli Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayrakdar və Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbərinin müavini Şila Tamaş ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Oxşar xəbərlər

Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib
Azərbaycan Litva ilə vergi sahəsində innovativ yanaşmaları müzakirə edib
Azərbaycan CIAT Baş Assambleyasında təmsil olunub
Azərbaycan rəqəmsal vergi texnologiyaları üzrə Cənubi Koreya təcrübəsini öyrənəcək
Azərbaycan beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər