Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb  - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB


Xəbərə fotolar əlavə edilib.

***

11:05

Ağdam rayonunun Qaradağlı kəndində ildırım düşməsi nəticəsində mağaza və mebel sexində yanğın baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürmə texnikaları cəlb olunub. Yanğının genişlənməsinin qarşısını almaq məqsədilə Ağcabədi və Bərdə rayonlarından əlavə yanğınsöndürən qüvvələr də əraziyə göndərilib.

Yanğınsöndürənlərin həyata keçirdiyi əməliyyat nəticəsində alov tam söndürülüb, yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.

Oxşar xəbərlər

Gəncədə mebel sexi yanıb - FOTO - YENİLƏNİB-1
Gəncədə mebel sexi yanıb - FOTO - YENİLƏNİB
Goranboyda ildırım nəticəsində meşədə başlayan yanğın söndürülüb - YENİLƏNİB
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Gəncədə mebel sexi yanır - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər