Energetika Nazirliyi 5 ayda 108 icazə verib
sizinxeber.az xəbər saytı

Energetika Nazirliyi 5 ayda 108 icazə verib


Bu ilin yanvar-may ayları ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 108 icazə verilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, "İxrac nəzarəti haqqında" Qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 91, ixracı üzrə 8, tranziti üzrə 6 icazə verilib.

Hesabat dövrü ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1, su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı ilə bağlı 2 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Oxşar xəbərlər

Energetika Nazirliyi I rübdə 40 icazə verib
Energetika Nazirliyi III rübdə 44 icazə verib
Yeni dövlət rüsumları müəyyənləşib
Yeni dövlət rüsumları müəyyənləşir
“AzərEnerji” elektrik enerjisi istehsalını 3 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər