Emoməli Rəhmon: ABŞ-İran müharibəsinin dayandırılması region xalqlarını sevindirib
sizinxeber.az xəbər saytı

Emoməli Rəhmon: ABŞ-İran müharibəsinin dayandırılması region xalqlarını sevindirib


İran və Tacikistan liderləri ABŞ ilə imzalanan anlaşma memorandumunu müzakirə ediblər.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İran Prezidenti Məsud Pezeşkianın tacikistanlı həmkarı Emoməli Rəhmonla telefon danışığında aparılıb.

"Biz Tacikistan hökumətinin və xalqının həmrəylik, qardaşlıq mövqeyinə görə minnətdarıq", - Pezeşkian bildirib.

E. Rəhmon bildirib ki, ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşma region xalqlarını da sevindirib.

İran və Tacikistan prezidentləri iqtisadi, ticari, turizm və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını, eləcə də Tehran və Düşənbə arasında strateji münasibətlərin genişləndirilməsini vurğulayıblar.

Oxşar xəbərlər

İran və Tacikistan 23 anlaşma memorandumu imzalayıb
Tacikistan və İran prezidentləri Xankəndidə ECO sammiti çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər
İran Prezidenti Tacikistan və Rusiyaya səfər etməyi planlaşdırır
Rusiya və Tacikistan prezidentləri arasında görüş başlayıb
Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər