Ermənistanda 27 il sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda 27 il sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb


Ermənistanda 27 ildən sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstünün açıldığını açıqlayıb, üç nəfər cinayət törətməkdə ittiham olunur.

İstintaqa görə, S.A adlı şəxs iki nəfərə 10 min və 15 min dollar vəd edərək onlarla birlikdə təyin olunmuş gündə 1998-ci il dekabrın 10-da Xorxorunini yaşadığı binanın girişində güllələyiblər.

S.A saxlanılıb.

Erməni Telegram kanalları isə Vaqram Xorxorunini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayəti törətdikləri zaman qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun hərbçiləri olduğunu yazır.

Xorxoruni 1998-ci il dekabrın 10-na keçən yaşadığı binanın girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.

Oxşar xəbərlər

Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Sahakyan Azərbaycanda baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının Ermənistanda təşkil olunmasının səbəbini açıqlayıb
Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər