Esra Ərdoğan Albayrak: Azərbaycan və Türkiyə qadınlarının birgə işini çox dəyərli hesab edirəm
Azərbaycan və Türkiyə qadınlarının birgə gördüyü işləri çox dəyərli hesab edirəm.
Bunu Türkiyənin NUN Təhsil və Mədəniyyət Fondunun sədri, sosial elmlər üzrə tədqiqatçı, vətəndaş cəmiyyəti fəalı, Esra Ərdoğan Albayrak "Sizinxeber.az"un yerli bürosuna açıqlamasında bildirib.
Onun fikrincə, dünyada qadınların bütün sahələrdə fəal çalışmasına imkanlar yaradılmalıdır: "Qadınların əmək fəaliyyətinin incəsənətdə, texnologiyada və süni intellekt sahəsində də fəal iştirakının təmin edilməsi ilə daha yaxşı, keyfiyyətli nəticələr əldə edə biləcəyimizi düşünürəm. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin çox güclü qadınları var. Biz bütün sahələrdə qadınların ləyaqətinə və azadlığına töhfə verən hər hansı bir işi dəstəkləməliyik".
Qeyd edək ki, Ankarada iyunun 22-dən 25-dək Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurasına sədrliyi çərçivəsində "Gələcək naminə müttəfiqlik – 2026" proqramı təşkil edilib.
Dünyanın 25 ölkəsindən fəal qadınların qatıldığı beynəlxalq tədbirdə Esra Ərdoğan Albayrak "Fərq Yaradan Qadınlar: İnsan Hüquqları Mübarizəsində Liderlik Nümunələri" mövzusunda çıxış edib.
O, 2016-2019-cu illər arasında İƏT Qadın Məşvərət Şurasının təsisçi sədri vəzifəsində çalışıb. Sədrliyi dövründə Türkiyənin keçmiş Ailə və Sosial Siyasətlər Nazirliyi və İƏT ilə əməkdaşlıq çərçivəsində "Gənc Qadınlar üçün Gələcək Liderlik Proqramı"nı başladıb. Bu proqram çərçivəsində müxtəlif ölkələrdən olan gənc qadınlar liderlik bacarıqlarının üzə çıxarılması və həmrəylik şəbəkəsinin qurulması mövzularında bir araya gəliblər.
Oxşar xəbərlər
İran ECO ölkələri qadınlarının iştirakı ilə yüksək səviyyəli görüşə ev sahibliyi etmək istəyir
Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
Azərbaycan “Albayrak Holdinq”lə əməkdaşlıq imkanlarını müzakirə edib
Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
Qazaxıstanda aparıcı bankların CEO-larının 40 %-i qadınlardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
