Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
sizinxeber.az xəbər saytı

Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib



Ermənistan hakimiyyəti keçmiş müdafiə naziri Vigen Sarkisyanın Massaçusets ştatındakı malikanəsinə həbs qoyulması üçün ABŞ-a müraciət edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyaya prokuror Saşik Avetisyan məlumat verib.

Onun sözlərinə görə, əmlaka həbs qoyulması üçün ərizə ABŞ-ın səlahiyyətli orqanlarına göndərilib. Bundan əlavə, Abovyan küçəsində və Yerevanın Şimal prospektində 4 ədəd əmlaka həbs qoyulub.

Mayın 15-də Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını qəbul etdi.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edərək cinayət işi başlatmışdı. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.

Oxşar xəbərlər

Ermənistan prokurorluğu Serj Sarkisyanın qardaşının mülklərinin müsadirəsini tələb edir
Ermənistanda həmyerlilərini döyərək pul tələb edən 2 Hindistan vətəndaşı həbs edilib
Serj Sarkisyanın qardaşının əmlakı müsadirə oluna bilər
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər