Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi
sizinxeber.az xəbər saytı

Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi


Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirmiş.

APA xəbər verir ki, o, qondarma rejimin “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.

O, qondarma rejimin “ordusu”nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Serj Sarkisyan təyin edib
Saakyan: Qondarma rejimin “ordusu” Ermənistanın ən böyük silahlı birləşməsi idi
Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi
Manukyan Ermənistanın vaxtilə işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər