Maduro Venesuelada parlament və regional seçkilərdə səs verib
Venesuela Prezidenti Nikolas Maduro bazar günü Karakasda parlament və regional seçkilərdə respublikanın birinci xanımı Siliya Flores ilə birlikdə səs verib.
"Report" xəbər verir ki, bu barədə Venesuela lideri "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"Kim seçilirsə seçilsin, hansı partiyadan olursa olsun, ona birgə işləmək üçün əl uzadıram", – deyə N. Maduro bildirib. O vurğulayıb ki, "xalq səs verəndə, o, sülh üçün səs verir" və qeyd edib ki, seçki günü hadisəsiz keçir, çünki "terrorçuların hazırladığı zorakılığın qarşısını almaq mümkün olub".
"Biz seçki mərkəzlərini partlatmaq niyyətində olan qəddar faşistləri yenidən məğlub etdik və seçki məntəqələrinin mühafizəsini gücləndirməli olduq", – prezident söyləyib. Maduro əlavə edib ki, 54 ölkədən 70 beynəlxalq müşahidəçi seçki prosesində iştirak edir.
Oxşar xəbərlər
Maduro üçüncü dəfə Venesuelanın Prezidenti olub
Maduro: Venesuela ABŞ-nin qlobal ticarət müharibəsinin çətinliklərini dəf edəcək
Maduro müxalifəti USAID-in pullarını mənimsəməkdə günahlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
