Maduro müxalifəti USAID-in pullarını mənimsəməkdə günahlandırıb
Müxalifət rəhbərliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) aldığı 5 milyard dollar oğurlanıb və ölkədə vəziyyəti qarışdırmaq üçün istifadə edilib.
“Report” xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib.
“USAID qalmaqalının göstərdiyi kimi, Venesuelaya qarşı sövdələşmələrə son qoyulmalıdır”, – Maduro deyib. O qeyd edib ki, “Xuan Quaydo Amerika agentliyindən 5 milyard dollardan çox vəsait alıb, bu pullar oğurlanıb” və Venesuelada vəziyyəti qarışdırmaq üçün istifadə edilib.
Prezident vurğulayıb ki, “Quaydonu respublikanın prezidenti hesab edən müxalifətçilərin ailələri maddi dəstəkdən məhrum edilib”. O həmçinin söyləyib ki, venesuelalı “analar, həkimlər, müəllimlər bir dollar belə almayıblar”.
Maduro iddia edib ki, Venesuela hökuməti müxalifətin USAID tərəfindən verilən vəsaitləri mənimsəməsi faktları barədə dəfələrlə məlumat verib və “indi bu faktlar təsdiqlənib”.
Oxşar xəbərlər
Venesuela USAID-i hökumətin devrilməsini maliyyələşdirməkdə ittiham edib
Maduro: Sülh naminə yürüş və nümayişlər Venesuelanın qələbəsidir
Maduro: Venesuela müstəmləkə talanına görə İspaniyadan təzminat tələb edəcək
Venesuelanın Baş Prokuroru: Müxalifət çevriliş cəhdi hazırlamaq üçün USAID-in vəsaitindən istifadə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
