DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
sizinxeber.az xəbər saytı

DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək


2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə FİFA rəhbəri "Fox News" telekanalının efirində bildirib.

"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.

Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-nin Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.

Oxşar xəbərlər

DÇ-2026-nın qalibinə Dünya Kubokunu İnfantino və Tramp təqdim edəcək
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
İran ABŞ-dəki dünya çempionatında təhlükəsizlik məsələsini FIFA ilə müzakirə edəcək
İnfantino Ərdoğana dünya kubokunu verdi
İran yığmasının DÇ-2026-da iştirakı təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər