Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək


Çinin Quyyan şəhərində keçirilən boks üzrə Dünya Kubokunda 1/4 finala yekun vurulub.

"Report" xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.

Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Azərbaycan təmsilçisi rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.

Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Azərbaycan boksçusu rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. M.Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.

Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən Azərbaycan boksçularının sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal döyüşləri iyunun 20-də olacaq.

Oxşar xəbərlər

Azərbaycanın daha üç boksçusu dünya birinciliyində yarımfinala vəsiqə qazanıb
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycan millisinin daha bir boksçusu Monteneqrodakı turnirdə yarımfinala yüksəlib
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib
Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər