Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub
sizinxeber.az xəbər saytı

Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub


ABŞ Prezidenti Donald Trump iranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini “Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri” adlandırıb.

APA xəbər verir ki, Trampın sözlərinə görə, Süleymani son 100 ildə ən çox qorxu yaradan şəxslərdən biri olub və hətta İranın ali dini rəhbərliyinin nümayəndələri tərəfindən də ehtiyatla qarşılanıb.

ABŞ Prezidenti bildirib ki, Süleymani ABŞ-ın beş hərbi bazasına qarşı hücum hazırlayırmış. Trampın iddiasına görə, onun öldürülməsi planlaşdırılan hücumdan təxminən bir həftə əvvəl həyata keçirilib.

Tramp qeyd edib ki, bu əməliyyat regionda təhlükəsizliyin təmin olunmasına və mümkün itkilərin qarşısının alınmasına xidmət edib.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın həyata keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Tramp: İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq
Tramp: Avqustun 15-i Rusiyada Putinlə görüşəcəyəm
Tramp: İranın hərbi potensialını bərpa etməsi 20 il çəkə bilər
Peskov Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər