FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri və Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəhbərliyinin iştirakı ilə işgüzar görüş keçirilib.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, tədbirdə Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəis müavini polkovnik Seymur Teymurzadə, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak edib.
Görüşün keçirilməsində məqsəd Əməliyyat-İstintaq İdarəsinin fəaliyyət istiqamətləri ilə tanışlıq, qurumun səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsinin aparılması olub.
Tədbirdə qarşılıqlı əməkdaşlığın inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş müraciətlərinə operativ yanaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qanunvericiliyin tələblərinin icrası, şəffaflığın təmin olunması və ictimai maraq doğuran məsələlər də müzakirə mövzusu olub.
Görüşdə konstruktiv dialoqun və qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, belə görüşlərin dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimadın möhkəmlənməsinə və birgə fəaliyyətin daha səmərəli təşkilinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
FHN yanında İctimai şuranın iclası keçirilib
Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb
Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
