Maduro: Venesuela ABŞ-nin qlobal ticarət müharibəsinin çətinliklərini dəf edəcək
sizinxeber.az xəbər saytı

Maduro: Venesuela ABŞ-nin qlobal ticarət müharibəsinin çətinliklərini dəf edəcək


Venesuela ABŞ Prezidenti Donald Trampın bütün dünyaya elan etdiyi ticarət və iqtisadi müharibənin çətinliklərini dəf edəcək.

"Sizinxeber.az"un "Venezolana de Television" telekanalına istinadən verdiyi məlumata görə, bunu Bolivar Respublikasının prezidenti Nikolas Maduro deyib.

"Biz ABŞ prezidentinin bütün dünyaya və Venesuelaya elan etdiyi iqtisadi müharibənin istənilən çətinliyini dəf etməyə hazırıq", - Maduro bildirib. O hesab edir ki, Tramp bəşəriyyəti və Venesuelanı gələcək hüququndan məhrum edə biləcək ölkələrə qarşı tarif və vergi tədbirləri görüb.

Maduro Venesuelanın azad, suveren və müstəqil ölkə olduğu üçün respublikanın qlobal ticarət və iqtisadi müharibəyə hazırlaşdığını və istənilən ehtimal üçün planlar hazırladığını vurğulayıb.

Oxşar xəbərlər

Maduro müxalifəti USAID-in pullarını mənimsəməkdə günahlandırıb
Maduro: Sülh naminə yürüş və nümayişlər Venesuelanın qələbəsidir
Maduro üçüncü dəfə Venesuelanın Prezidenti olub
Maduro: Venesuela müstəmləkə talanına görə İspaniyadan təzminat tələb edəcək
Maduro: Qonzales özünü Venesuela lideri elan etməkdən qorxurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər