Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
Ukrayna SEPAH-ın saxladığı və İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb.
Bu barədə “RBK-Ukraine” Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiyə istinadən məlumat yayıb.
Tixinin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb. Saxlanılanlar arasında göyərtəsində dörd Ukrayna vətəndaşının olduğu “Epimonidas” konteyner gəmisi də olub.
“Həmin vaxtdan etibarən Ukrayna tərəfi bütün aidiyyəti qurumlar və tərəflərlə fəal və ardıcıl iş aparıb. Məmnuniyyətlə bildiririk ki, bu səylər müsbət nəticə verib. Dörd vətəndaşımız artıq İran ərazisini tərk edib”, – Tixiy deyib.
XİN rəsmisi qeyd edib ki, Ukrayna vətəndaşları hazırda təhlükəsiz şəraitdə ailələrinin yanındadır.
Oxşar xəbərlər
SEPAH generalı Suriyada öldürülüb
İran İsraillə əməkdaşlıq etdiyi iddia edilən 12 nəfəri saxlayıb
İran İsraillə əməkdaşlıq etdiyi iddia edilən 12 nəfəri saxlayıb.
SEPAH Körfəzdə iki xarici neft tankerini ələ keçirib
SEPAH İranın qərbində hərbi təlimlər keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
