Məcnun Məmmədov: "Məqsəd Dövlət Proqramındakı hədəflərə bütün bölgələrdə nail olmaqdır" - MÜSAHİBƏ
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirə edilməsi ilə bağlı iyunun 12-dən bəri müxtəlif şəhər və rayonlarda keçirilən regional müşavirələr bu gün başa çatdı. Əksər müşavirələrdə iştirak etmiş kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sektordakı mövcud problemlər və onların həlli ilə bağlı atılacaq addımlar barədə "Report"a qısa müsahibə verib:
- Cənab nazir, müşavirələrdə kənd təsərrüfatı istehsalçıları da iştirak edib, problemlərini qaldırıblar. Aqrar sektorda artıma əsas maneələr kimi nələri görürsünüz?
- Dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər kənd təsərrüfatı sahəsində mövcud çağırışların yaratdığı risklərin aradan qaldırılmasına yönəlib. Ölkədə torpaqların konsolidasiyası, suvarmanın yaxşılaşdırılması və məhsuldarlığın artırılması ilə bağlı məsələlər prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Kənd təsərrüfatı iqlim dəyişikliklərinə həssas sahələrdən biridir və Dövlət Proqramında bu istiqamətdə də mühüm tədbirlər nəzərdə tutulub. Əsas tədbirlər sırasında müasir suvarma sistemlərinin tətbiqi, sertifikatlı toxumlardan istifadə, əkin sahələrində lazer-malanın tətbiqi və intensiv bağçılığın inkişafı yer alır. Bu tədbirlər həm mövcud problemlərin aradan qaldırılmasına, həm də fermerlərin gəlirlərinin artırılmasına xidmət edəcək. Bundan əlavə, dövlət proqramı çərçivəsində torpaq konsolidasiyası üzrə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr parçalanmış torpaq sahələrinin birləşdirilməsinə, fermerlərin torpaq sahələrinə çıxış imkanlarının yaxşılaşdırılmasına, eləcə də suvarma və drenaj infrastrukturunun qurulmasına xidmət edəcək.
- Bundan əvvəl də kənd təsərrüfatında müxtəlif sahələrlə bağlı dövlət proqramları qəbul olunub. Yeni dövlət proqramının icrasına yanaşma əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Əvvəlki dövlət proqramları əsasən ayrı-ayrı sahələri əhatə edən proqramlar olub. Məsələn, baramaçılığın, fındıqçılığın və pambıqçılığın inkişafına dair dövlət proqramları həyata keçirilib və onların hər biri müvafiq sahələrin inkişafına mühüm töhfə verib. Bu baxımdan, yeni dövlət proqramı əvvəlki proqramların formalaşdırdığı təməl üzərində qurulub. Onun əvvəlkilərdən əsas fərqlərindən biri kənd təsərrüfatı sektorunu bütövlükdə əhatə etməsidir. Proqram həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlərini özündə birləşdirir, eyni zamanda, resurs təminatının, maliyyə mexanizmlərinin, su və torpaq infrastrukturunun təkmilləşdirilməsi kimi mühüm məsələləri də əhatə edir. Bu baxımdan, yeni dövlət proqramı əvvəlki proqramlarla müqayisədə daha kompleks və sistemli xarakter daşıyır. Eyni zamanda, o, konkret hədəflərə yönəlmiş, qısamüddətli dövrü əhatə edən və həmin müddət ərzində fundamental problemlərin həllini nəzərdə tutan bir sənəd kimi çıxış edir.
- Proqramın uğurla icrası həm də yerli icra hakimiyyəti qurumlarının aqrar sahəyə yanaşmasından asılıdır. Nazirlik bundan sonra onlarla işini necə quracaq?
- Regionlarda və hər bir rayonda Dövlət Proqramının səmərəli tətbiqi məqsədilə qərargahların yaradılması nəzərdə tutulur. Həmin qərargahlarda regional və yerli idarəetmə orqanlarının əməkdaşları təmsil olunacaq. Məqsəd həm Dövlət Proqramında nəzərdə tutulmuş, həm də cənab Prezidentın qarşıya qoyduğu hədəflərə bütün bölgələrdə nail olmaqdır. Bu istiqamətdə yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edəcəyik və öz üzərimizə düşən vəzifələrin onların koordinasiyası vasitəsilə yerlərdə icrasına çalışacağıq. Yerli icra hakimiyyətlərinin rolu bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Çünki sahibkarlığın, yerli fermerlərin və investorların regionlarda fəaliyyətinin birbaşa təşkili və dəstəklənməsi məhz bu strukturlar vasitəsilə həyata keçirilir. Buna görə də yerlərdə işin düzgün təşkili baxımından icra hakimiyyətlərinin iştirakı və koordinasiya funksiyası olduqca vacibdir.
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
