"Qarabağ" Martin Zlomisliçi transfer etdi
sizinxeber.az xəbər saytı

"Qarabağ" Martin Zlomisliçi transfer etdi


2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.

"Şiroki Briyeq" klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə "Riyeka"ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan M. Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa "Qarabağ"a qoşulub.

Oxşar xəbərlər

"Qarabağ" Martin Zlomisliçi transfer edib
“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib
"Qarabağ" Bruno Lanqanı transfer edib
"Traktor" klubu xorvatiyalı futbolçu transfer edib
Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər