İtaliyanın hakim koalisiyası Ursula Fon der Lyayeni sərt tənqid edib
sizinxeber.az xəbər saytı

İtaliyanın hakim koalisiyası Ursula Fon der Lyayeni sərt tənqid edib


İtaliyanın hakim koalisiyasına daxil olan “Liqa” partiyasının nümayəndəsi, əmək nazirinin müavini Klaudio Duriqon Vaşinqtonun Avropa ixracatına tariflər tətbiq etməsinə görə məsuliyyəti Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin üzərinə qoyub.

Bu barədə “Report” “La Repubblica” nəşrinə istinadən xəbər verir.

“Ursula Fon der Lyayen tərəfindən idarə olunan Avropaya görə bu vəziyyətə düşmüşük. Çünki danışıqları o aparır. Onun siyasəti əvvəldən uğursuz olub. Sadəcə avtomobil sektoru, “yaşıl keçid” haqqında düşünmək yetərlidir. Bütün bunlar minlərlə iş yerinin itirilməsinə səbəb olub. O, Avropa iqtisadiyyatını məhv etdikdən sonra ABŞ-la danışıqlar aparır. Bu, 2019-cu ildən bəri Ursula Fon der Lyayeni dəstəkləyənlərin günahıdır”, - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, ümumilikdə İtaliyanın hazırkı hökuməti qeyri-qanuni miqrasiya və öz iqtisadiyyatını qorumaqla bağlı Amerika prezidenti Donald Trampın xəttini bölüşür:

“Təbii ki, tariflər zərərlidir, ona görə də biz danışıqlar aparmalıyıq və Avropa İttifaqı bu məsələdə ayrı-ayrı ölkələrə daha çox azadlıq verməlidir. Biz Aİ-nin sərt xəttini və cavab tarifləri ilə bağlı hədələri bölüşmürük. “Liqa” və onun lideri, baş nazirin müavini və infrastruktur naziri Matteo Salvini uzun müddətdir ki, AK prezidentini açıq şəkildə tənqid edir.

“Liqa”nın Avropa Parlamentindəki üzvləri onun ikinci müddətə namizədliyini dəstəkləmədilər və Lyayenə etimadsızlıq qərarına səs verdilər. Eyni zamanda, Baş nazir Corc Meloni də “yaşıl keçid”ə şübhə ilə yanaşır, onun fikrincə, bu, zəruridir, lakin Avropa Komissiyasının təklif etdiyi formada və müddətlə deyil, çünki bu, milli istehsalçıları boğur”.

Qeyd edək ki, Tramp bundan əvvəl özünün “Truth Social” səhifəsində AK rəhbərinə ünvanlandığı məktubu dərc edib. Orada avqustun 1-dən ABŞ Avropa İttifaqından idxal olunan mallara 30 faizlik rüsum tətbiq edəcəyi deyilib.

Oxşar xəbərlər

Ərdoğan Ursula fon der Lyayeni qəbul edib
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Ursula fon der Lyayen etimad səsverməsindən sonra vəzifəsində qalıb
Ursula fon der Lyayen: Avropa İttifaqı öz təhlükəsizliyinə investisiyaları artırmalıdır
Ursula fon der Lyayen: Avropa Ukraynanın yanında lazım olduğu qədər qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər