Nasipxi Moya: Tşvane hakimiyyəti iqlim planını şəhərin inkişaf strategiyasına inteqrasiya edir
Cənubi Afrika Respublikası (CAR) Tşvane şəhəri iqlim təhdidlərini və qlobal iqlim dəyişikliyinin mümkün nəticələrini nəzərə almayan ötən onilliklərin infrastruktur həllərini yenidən nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə Tşvane şəhərinin meri Nasipxi Moya WUF13 çərçivəsində "Şəhər liderlərinin səsləri: iqlimyönümlü planlaşdırma fəaliyyətdə" adlı panel müzakirəsində çıxış edərkən bildirib.
"Biz faktiki olaraq avtomobili elə hərəkət edərkən təmir edirik", - o, Afrika qitəsində şəhərlərin inkişafının spesifikasını xarakterizə edib.
Moyanın sözlərinə görə, Pretoriyanın tarixi artıq 163 ili əhatə edir, halbuki Tşvane şəhəri indiki formada cəmi 26 ildir mövcuddur. Şəhər infrastrukturunun əhəmiyyətli hissəsi müasir iqlim standartları və normaları tətbiq edilməzdən xeyli əvvəl inşa olunub.
Mer əyani nümunə kimi Xamanskraal rayonunu göstərib. Onun sözlərinə görə, həmin ərazidə yol şəbəkəsi layihələndirilərkən iqlim riskləri nəzərə alınmadığı üçün yağış kanalizasiya sistemi qurulmayıb.
"İndi hər dəfə yağış yağanda bu rayonun sakinləri əziyyət çəkirlər, çünki o dövrdə qüvvədə olan qanunvericilik belə riskləri nəzərdə tutmurdu", - o vurğulayıb.
Onun sözlərinə görə, şəhər rəhbərliyi hazırda ikili vəzifəni həll edir: əvvəllər yol verilmiş səhvləri aradan qaldırır və eyni zamanda iqlim çağırışlarını nəzərə alaraq gələcəyə dair planlar qurur.
Moya bildirib ki, Tşvanedə yol şəbəkəsini, mənzil fondunu, enerji təchizatını, su təchizatını və digər infrastruktur istiqamətlərini əhatə edən kompleks baş plan həyata keçirilir.
Onun sözlərinə görə, əsas problem mövcud sistemin meqapolisin sürətli böyüməsinin öhdəsindən gəlmək qabiliyyəti olaraq qalır. "Ötən onillik ərzində şəhərimizin əhalisi faktiki olaraq ikiqat artmışdır və biz bu tendensiyanın davam edəcəyini proqnozlaşdırırıq", - o bildirib.
Bununla yanaşı, mer kadrların yenidən hazırlanmasına və şəhər planlaşdırılması sisteminə rəqəmsal texnologiyaların tətbiq edilməsinə olan kəskin ehtiyaca diqqət yönəltdi. "Əgər iki onillik əvvəl layihələndirilmiş yollar artıq aktual tələblərə cavab vermirsə, o zaman 20 il əvvəl təhsil almış mütəxəssislərin yeni şəraitə uyğunlaşmasının nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil", - Moya deyib.
Oxşar xəbərlər
WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib
Nikolya Boke: Paris regionunda iqlimə uyğun planlaşdırma fəal şəkildə tətbiq olunur
Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru: İqlim böhranı ilə mübarizədə dəstəyə ehtiyacımız var
Afrika İttifaqının nümayəndəsi WUF13-də qitənin nazirlər görüşünün qlobal əhəmiyyətini vurğulayıb
UN-Habitat iqlimə uyğunlaşma üçün qədim sivilizasiyaların təcrübəsindən istifadəyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
