Gürcüstanın iqtisadiyyat naziri Bakı-Tbilisi qatarının açılması münasibətilə azərbaycanlı həmkarlarına təşəkkür edib
sizinxeber.az xəbər saytı

Gürcüstanın iqtisadiyyat naziri Bakı-Tbilisi qatarının açılması münasibətilə azərbaycanlı həmkarlarına təşəkkür edib


Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyətə başlayacağı yeganə istiqamət olacaq.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalının efirində deyib.

Mariam Kvrivişvili Azərbaycandakı həmkarlarına təşəkkür edərək qeyd edib ki, altı illik fasilədən sonra sərnişin dəmir yolu əlaqəsinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır:

"Ölkəmizə xüsusi jest göstərən azərbaycanlı həmkarlarımıza minnətdarlığımı bildirirəm. Altı ildən sonra ilk dəfə olaraq sərnişin qatarı fəaliyyətə başlayır və Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyət göstərəcəyi yeganə istisna olacaq", – deyə nazir bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə Gürcüstan üçün turist axınının artırılması xüsusi əhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, Azərbaycan uzun illərdir Gürcüstanın mühüm tərəfdaşlarından biridir və hazırda iki ölkənin paytaxtları əsasən hava nəqliyyatı ilə əlaqələndirilir.

Kvrivişvilinin sözlərinə görə, dəmir yolu əlaqəsinin bərpası yay turizm mövsümündən etibarən insanlar arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi münasibətlərin dərinləşməsinə və turist sayının artmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, altı illik fasilədən sonra mayın 26-da Azərbaycanla Gürcüstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər

Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub
“Gürcüstan Dəmir Yolları”: Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası ilə bağlı danışıqlar aparılır
Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir
Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər